Dörd ölkə Suriya ilə bağlı birgə bəyanat yayıb

Amerika Birləşmiş Ştatları, İngiltərə, Fransa və Almaniya Suriya ilə bağlı birgə bəyanat yayıb.

1378597
Dörd ölkə Suriya ilə bağlı birgə bəyanat yayıb

Amerika Birləşmiş Ştatları, İngiltərə, Fransa və Almaniya Suriya ilə bağlı birgə bəyanat yayıb.

Bəyanatda 9 il əvvəl Suriya xalqının qanuni tələblər çərçivəsində küçələrə axışdığı, ancaq Bəşər Əsəd rejiminin bu tələblərə zorakılıq və işgəncə ilə cavab verdiyi, hadisələr nəticəsində 500 min adamın həlak olduğu, 11 milyon adamın da didərgin düşdüyü bildirilib.

Bəyanatda həmçinin rejim qüvvələrinə mülki vətəndaşları barel bombası və kimyəvi silahlarla hədəf almaması ilə əlaqədar çağırış edilib.

"Bəşər Əsəd rejimi, Rusiya və İranın İdlibə etdiyi hücumlar  tibbi və humanitar  infrastrukturunun məhvinə və orada işləyənlər ilə mülki vətəndaşların  ölümünə səbəb olur'',-deyə bəyanatda vurğulanıb.

Əsəd rejiminin  Rusiya və İranın dəstəyi ilə İdlibə endirdiyi zərbələr  nəticəsində 1 milyon adamın evlərini tərk etmək məcburiyyətində qaldığı bildirilib. Bəyanatda Türkiyə ilə Rusiya arasında  martın 5-də atəşkəsə dair əldə olunana  razılaşmanın bütün ölkə ərazisində həyata keçirilməsinin  vacibliyi vurğulanıb.

Suriyaya humanitar yardım etməyə  davam edəcəklərini ifadə edən ölkələr, siyasi həll təmin olunmadan  ölkənin yenidən qurulması üçün heç bir kömək etməyəcəklərini ifadə ediblər.



Әlaqәli Xәbәrlәr