Xalid əl-Mişri Liviyadakı vəziyyəti qiymətləndirib

Liviya Dövlət Ali Şurasının sədri Xalid əl-Mişri Liviya Milli Həmrəylik Hökumətinin və Mavritaniyanın ölkədəki böhranın həll edilməsi məsələsində həmfikir olduqlarını söyləyib.

1377690

Mavritaniyanın paytaxtı Noakşota səfər edən Mişri bu ölkənin prezidenti Məhəmməd Vild əl-Qazvan ilə keçirdiyi görüşdən sonra mətbuat nümayəndələrinə açıqlama verib.

Xalid əl-Mişri hər iki ölkənin Liviyadakı böhranın sülh yolu ilə həll edilməsi məsələsində həmfikir olduğunu söyləyib.

Xalid əl-Mişri  ölkədəki müharibənin sona çatdırılması və sabitliyin təmin edilməsinin vacibliyini vurğulayıb. Mişri həmçinin ölkədə parlament və prezident seçkilərinin keçirilməsinin də əhəmiyyətini qeyd edib.

Liviya Dövlət Ali Şurasının sədri Mavritaniya prezidentinin  Liviyadakı vəziyyəti çox yaxşı başa düşdüyünü  ifadə edib.

Әlaqәli Xәbәrlәr