Xəlifə Hafterə sadiq qüvvələr yaşayış məntəqələrini hədəf alıb
Liviyanın şərqindəki qeyri-qanuni silahlı qüvvələrin lideri Xəlifə Hafterə sadiq qüvvələrin paytaxt Tripolinin cənubuna təşkil etdiyi hücum nəticəsində iki mülki vətəndaş xəsarət alıb.

Liviyanın şərqindəki qeyri-qanuni silahlı qüvvələrin lideri Xəlifə Hafterə sadiq qüvvələrin paytaxt Tripolinin cənubuna təşkil etdiyi hücum nəticəsində iki mülki vətəndaş xəsarət alıb.
Bu barədə beynəlxalq səviyyədə legitimliyi olan Liviya Milli Həmrəylik Hökumətinin apardığı ''Vulkan'' əməliyyatının mətbuat xidmətindən verilən məlumatda bildirilib. Məlumata görə, Xəlifə Hafterə sadiq qüvvələr gecə radələrində Tripolinin Suk əl-Cuma bölgəsindəki yaşayış məntəqələrini hədəf alıb. Hücum nəticəsində bölgədəki yaşayış məntəqələrinə ciddi ziyan dəyib, həmçinin iki nəfər xəsarət alıb.
Hadisə nəticəsində bəzi vətəndaşların avtomobilləri də yanıb. Xəlifə Hafterə sadiq qüvvələrin dünən Tacura Xəstəxanasının həkimlərinin avtomobillərinə təşkil etdiyi hücum nəticəsində də iki həkim həlak olmuşdu.
Әlaqәli Xәbәrlәr

Dünyada yeni növ koronavirusdan ölәnlәrin sayı artmaqda davam edir
Dünya miqyasında yeni növ koronavirusdan ölәnlәrin sayı 2 milyon 510 min 810-u keçib.