Avropada yeni növ koronavirus yayılmaqda davam edir

İtaliyada son sutka ərzində yeni növ koronavirus infeksiyası səbəbindən ölənlərin sayı 196 nəfər artaraq, ümumilikdə 827 nəfərə çatıb.

1376779
Avropada yeni növ koronavirus yayılmaqda davam edir

İtaliyada son sutka ərzində yeni növ koronavirus infeksiyası səbəbindən ölənlərin sayı 196 nəfər artaraq, ümumilikdə 827 nəfərə çatıb.

İspaniyada virus qurbanlarının sayı 49-a çıxdıqda, yeni yoluxma halı 2 min 100 olub.

Fransada son sutka ərzində koronavirusa yoluxanların sayı 500 nəfər artaraq 2281 nəfərə çatıb.

bu barədə ölkənin İctimai İşlər və Səhiyyə naziri Olivye Veran öz açıqlamasında deyib.

“Hazırda 2281 yoluxma halı qeydə alınıb, dünənki göstəricidən 500 nəfər çox. 48 nəfər isə bu virusdan ölüb”, - deyə nazir qeyd edib.

O bildirib ki, “105 nəfər reanimasiyaya yerləşdirilib”.

3 nəfərin öldüyü Almaniyada koronavirusun yeni növünə yoluxanların sayı 271 nəfər artaraq ümumilikdə 1567 nəfərə çatıb.

Hollandiya Səhiyyə Nazirliyi ölkədə virusun yoluxduğu insan sayının 503 olduğunu, ölənlərin sayının isə 5 olduğunu açıqlayıb.

Bolqarıstanda dayışıcıların sayı 7-yə çıxdıqda, 62 yaşlı bir qadın virusa görə ölüb.

Martın 12-də səhər ilk ölüm halının qeydə alındığı Belçikada yaşları 74 və 86 olan daha iki şəxs həyatını itirib, beləliklə ölənlərin sayı 3-ə çıxıb.

Yunanistanda da İsraildən qayıdan və müalicə altında olan bir nəfər ölüb. Daşıyıcıların sayı isə 100 nəfərə yaxındır. 

Avstriyanın paytaxtı  Vyanada da virusla bağlı ilk ölüm halı qeydə alınıb. 

İsveç Xalq İdarəsi ölkədə aşkarlanan yoluxma halının 486-ya çıxdığını və ilk dəfə bir ölüm halının qeydə alındığını bildirib.

Böyük Britaniyada daha iki nəfər koronavirusun səbəb olduğu infeksiya nəticəsində dünyasını dəyişib.

Britaniyada son sutka ərzində koronavirusa yoluxanların sayı 83 nəfər artaraq, ümumilikdə 456, Danimarkada 340, Yunanıstanda 99, Çexiyada 75, Portuqaliyada 59, Sloveniyada 57, Rumıniyada 37, Polşada 27 və Maltada 6 nəfərə çatıb.

Cari ilin martın 13-dən etibarən Avropadan Amerikaya səfərlərə 30 gün müddətinə qadağa qoyulacaq.

Bunu Ağ Evdə çıxışı zamanı ABŞ prezidenti Donald Tramp bəyan edib.

Onun sözlərinə görə, müvafiq addım ABŞ-da koronavirusun yayılmasının qarşısını almaq üçün atılır.

“Yeni qaydalar cümə gününün (13 mart) gecə yarısı qüvvəyə minəcək. Lakin bu, Türkiyə və  Böyük Britaniyaya şamil edilməyəcək. Bundan əlavə, istisnalar zəruri yoxlanışdan keçən amerikalılara da aiddir. Qadağa həmçinin iri həcimli mal və yük daşımalarına (ABŞ-a daxil olan) şamil edilməyəcək”.

Məşhur Hollivud aktyoru və həyat yoldaşında koronavirus aşkarlanıb.

Britaniya bürosunun verdiyi xəbərə görə, Hollivudun məşhur ulduzu Tom Henks və həyat yoldaşı Rita Uilson koronavirusa yoluxub.



Әlaqәli Xәbәrlәr