Şərq ölkələrində yeni növ koronavirusla bağlı son vəziyyət

Çinin Hubey əyalətinin Uhan şəhərində yeni növ koronavirusa (Covid-19) yoluxanların sayı 110 min 90 nəfərə çıxıb, virusun səbəb olduğu ölüm halları isə artmaqda davam edir.

1374426
Şərq ölkələrində yeni növ koronavirusla bağlı son vəziyyət

Çinin Hubey əyalətinin Uhan şəhərində yeni növ koronavirusa (Covid-19) yoluxanların sayı 106 min 466 nəfərə çıxıb, virusun səbəb olduğu ölüm halları isə artmaqda davam edir.

İranda yeni növ koronavirus səbəbiylə daha 43 nəfərin ölümü ilə ölənlərin sayının 237-yə yüksəldiyi açıqlanıb.  Virus daşıyıcılarının sayının isə 7 min 161-ə çıxdığı bildirilib. Gilan Səhiyyə Müdiri Muhammed Hüseyin Kurbani isə Səhiyyə Komissiyasındakı çıxışında 200-dən çox insanın koronavirusdan öldüyünü söyləyib.

İranda yeni növ koronavirusla mübarizə çərçivəsində 70 min məhkuma evlərinə getmələri üçün icazə verilib.

Millət vəkili və Məclis Milli Təhlükəsizlik və Xarici Siyasətlər Komissiyasının üzvü Şehruz Berzeger "Covid- 19"-dan başqa ölkədə ABŞ-ın yaydığı qaynağı naməlum olan daha bir virusun olduğunu söyləyib.

Milli Böhran icra heyətinin sədri İsmayıl Neccarda da "Covid-16" aşkanlanıb.

İraqda yeni növ koronavirus səbəbiylə ölənlərin sayının 6-ya, aşkar edilən xəstə sayının 62-yə yüksəldildiyi açıqlanıb.

Misirdə bir alman vətəndaşının “Covid-19” virusundan ölməsilə ölkədə bu virusdan ilk ölüm hadisəsi qeydə alınıb. Misirdə son olaraq “Covid-19” virusunun yoluxduğu insan sayı 55 olaraq açıqlanıb.

Rusiyada koronavirusunun aşkarlandığı xəstə sayı 17-yə, İndoneziyada isə 6-ya çatıb.

Bildirilir ki, Banqladeşdə ilk dəfə yeni növ koronavirus 3 nəfərdə aşkarlanıb. Bu 3 nəfərdən 2-nin bu yaxınlarda İtaliyadan qayıtdığı və üçüncü xəstənin İtaliyadan qayıdan vətəndaşlarla əlaqədə olduqdan qurduqdan sonra virusa yoluxduğu müəyyən edilib.

İsrail yeni növ koronavirusa (Covid-19) qarşı mübarizənin bir hissəsi olaraq Misirlə quruda sərhəd-keçid məntəqəsini bağlayıb. Səhiyyə Nazirliyinin məlumatlarına görə, “Covid-19” 39 nəfərdə aşkarlanıb, əksəriyyəti İtaliyadan qayıdıb.

Səudiyyə Ərəbistanı hökuməti yeni növ koronavirusun (Covid-19) yayılmasının qarşısını almaq üçün ölkənin şərqində şiə əhalisinin yaşadığı Katif şəhərinə karantinə salıb. Təhsil Nazirliyi “Covid-19” virusunun yayılması səbəbiylə Katif şəhərində təhsilin 2 həftə müddətinə dayandırıldığını açıqlayıb. Səhiyyə Nazirliyinin verdiyi yazılı açıqlamada, daha 4 nəfərdə “Covid-19” aşkarlandıqdan sonra ölkədə xəstə sayının 11-ə yüksəldiyi qeyd edilib.

Hökumət vətəndaşların və ölkədə yaşayan xarici ölkə vətəndaşlarının Birləşmiş Ərəb Əmirlikləri, Küveyt, Bəhreyn, Livan, Suriya, Cənubi Koreya, Misir, İtaliya və İraqa gedişlərini dayandırıb.

Ölüm faktının 53-ə çatdığı Cənubi Koreyada isə "Covid-19" epidemiyasında gündəlik xəstə sayındakı artım həftə sonundan etibarən azalıb. 

Martın 8-də 367 yeni yoluxma faktı qeydə alındıqda, son sutkada isə 96-ya düşüb.

Ölkədə virus daşıyıcılarının sayı 7 min 478 olub. 

Filippində isə, epidemiya səbəbindən dövlət başçısı Duterteyə dəymək qadağan edilib. Ölkədə virusa yoluxanların sayı 26 olub. 

Qətərdə yeni növ koronavirus səbəbindən təhsilə fasilə verilib. 

 

 



Әlaqәli Xәbәrlәr