Şərq ölkələrində koronavirusla bağlı son vəziyyət

İranın sabiq diplomatı və parlamentin keçmiş üzvü Hüseyn Şeyxülislam koronavirusdan ölüb.

1373367
Şərq ölkələrində koronavirusla bağlı son vəziyyət

İranın sabiq diplomatı və parlamentin keçmiş üzvü Hüseyn Şeyxülislam koronavirusdan ölüb.

Tehran millət vəkili, İslami Koalisiya Partiyasının Merkezi Şura üzvü Fatma Rehber isə Kovid-19 səbəbiylə koma vəziyyətindədir.

Digər bir Tehran millət vəkili Zühre İlahiyanın da testlərinin müsbət çıxması ilə virusa yoluxan deputatların sayı 24-ə çıxıb.

Ölkənin tətil bölgələrindən olan Mazenderan və Gilan əyalətləri (Kovid-19) tədbirləri çərçivəsində girişlərə bağlanıb.

İşğal edilmiş İordan çayının qərb sahilində 7 fələstinlidə yeni növ koronavirus (Kovid-19) aşkarlanıb.

Fələstin Səhiyyə Nazirliyi martın 5-də bir otelin işçilərindən birində Kovid-19 şübhəsi olduğuna görə bütün İordan çayının qərb sahilində fövqəladə vəziyyət elan edildiyini və Beytləhm və Eriha şəhərlərində bütün təhsil müəssisələri, məscidlər və kilsələrin 14 gün müddətinə bağlandığını açıqlayıb.

İşğal altındakı Şərqi Qüdsdə yeni tip koronavirus (Kovid-19) səbəbiylə Məscidül-Əqsa hər namazdan sonra sterilizasiya edilməyə başlanıb.

Qüds İslam Vəqfləri İdarəsindən verilən yazılı açıqlamada Fələstin Səhiyyə Nazirliyinin tövsiyəsi ilə Məscidül-Əqsa ətrafındakı məscidlərin Dünya Səhiyyə Təşkilatı tərəfindən müəyyən edilən maddələrlə sterilizasiya ediləcəyi bildirilib.

Qəzzaya Rifah sərhəd-keçid məntəqəsindən girənlər qoruyucu tədbirlər çərçivəsində 14 gün müddətində evlərində karantində olacaqlar.

Səudiyyə Ərəbistanı yeni koronavirus növü (Kovid-19) səbəbiylə müəyyən yerlərin bağlanacağını və Məscidül-Həramda yalnız namaz qılınacağını açıqlayıb.

"Rusiyanın Davosu" kimi tanınmış, ölkənin ən əhəmiyyətli beynəlxalq tədbiri kimi xarakterizə edilən Peterburq Beynəlxalq İqtisadi Forumu (SPIEF) Kovid-19 epidemiyasına görə ləğv edilib.



Әlaqәli Xәbәrlәr