Qərb ölkələrində yeni növ koronavirus

Çində ortaya çıxan və qısa müddətdə bir çox ölkəyə yayılan yeni növ koronavirus (Kovid-19) qurbanlarının sayı ABŞ-da 12, Fransada 6, İspaniyada 3 nəfərə çıxıb.

1373347
Qərb ölkələrində yeni növ koronavirus

Çində ortaya çıxan və qısa müddətdə bir çox ölkəyə yayılan yeni növ koronavirus (Kovid-19) qurbanlarının sayı ABŞ-da 12, Fransada 6, İspaniyada 3 nəfərə çıxıb.

Fransa Səhiyyə Nazirliyinin açıqlamasına görə, Kovid 19 qurbanlarının sayı 6-ya, virus daşıyıcılarının sayı isə 377-yə yüksəlib.

Kovid-19 virusunun yoluxduğu insan sayı Avstriyada 40, Almaniyada isə 349 olub.

İspaniyada isə yeni növ koronavirus daşıyıcılarının sayı 68 nəfər artaraq 261-ə çıxıb.

Ölkədə martın 5-də 99 yaşındakı bir qadının ölməsilə koronavirus qurbanlarının sayı 3-ə çatıb.

İngiltərədə də bir nəfərin koronavirusdan öldüyü açıqlanıb. Bununla da ölkədə Kovid-19 virusundan ilk ölüm halı qeyd alınıb. Ölkədə virusa yoluxma sayı artaraq 115 olduqda, yeni dayışıcıların paytaxt Londonda olduğu bildirilib.

İsveçrədə də ilk ölüm halının olduğu və daşıyıcıların sayının 111-ə yüksəldiyi qeyd edilib.

Portuqaliyada 9 nəfərdə virus aşkarlanıb. Həmçinin Portuqaliya Hava Yolları TAP koronavirus səbəbindən mart və aprel aylarında min uçuşu ləğv etdiyini açıqlayıb.

Hollandiya da isə xəstələrin sayı 38-dən 82-yə çıxıb.

NATO-nun Belçikanının Mons şəhərindəki Avropa Müttəfiq Qüvvələrinə məxsus qərargah mərkəzində (SHAPE) vəzifəli bir nəfər və ailəsinin iki üzvündə yeni növ koronavirus aşkarlanıb.

148 ölüm və 3 min 296 koronavirus dayışıcısı ilə Avropada ilk yerdə İtaliya olduqda, virus səbəbindən 2 nəfərin öldüyü Avstraliyada isə daşıyıcı sayı 61-ə, Yeni Zelandiyada 4-ə, Sloveniyada 6, Xorvatiyada isə 11-ə çıxıb. 

Slovakiya, Peru, Vatikan və Serbiyada isə ilk yeni növ koronavirus aşkarlanıb. 

Yunanıstanda isə 14 yeni daşıyıcı aşkarlandıqda, xəstə sayı 45-ə yüksəlib.

Fransanın Strasburq şəhərində gələcək həftə keçirilməsi planlaşdırılan Avropa Parlamenti ümumi iclası Kovid-19 səbəbindən Belçikanın paytaxtı Brüsseldə keçiriləcək.



Әlaqәli Xәbәrlәr