Pompeo: “Türkiyə İdlib bölgəsində özünü müdafiə hüququna sahibdir”

Suriyanın İdlib bölgəsində özünü müdafiə haqqına sahib olan Türkiyəyə dəstək mövzusunda bütün variantları qiymətləndirdik. Bunu ABŞ dövlət departamentinin rəhbəri Mike Pompeo deyib.

1373044
Pompeo: “Türkiyə İdlib bölgəsində özünü müdafiə hüququna sahibdir”

Pompeo dövlət katibliyində təşkil etdiyi mətbuat konfransında jurnalistlərin ünvanladıqları sualları cavablandırıb və İdlibdə cərəyan edən proseslərə münasibət bildirib. O: “Rusiya, Əsəd rejimi və İranın bölgədə həyata keçirdiyi hücumlardan minlərlə məsum insan təsirləndi. Rusiya 2018-ci ildə imzalanan Soçi müqaviləsinə qayıdaraq bölgədə daimi atəşkəsin bərpası üçün lazımlı addımları atmalıdır”.

Pompeo həmçinin vurğulayıb ki, Türkiyənin ABŞ-dan bəzi tələbləri olub. Bunları qiymətləndiririk. Müdafiə Nazirliyi ilə əməkdaşlıq çərçivəsində bölgədə şiddətin azaldılması və yaşanan hümanitar böhranın aradan qaldırılması üçün məhsuldar həll yollar tapmağa çalışırıq. NATO tərəfdaşımız olan Türkiyənin Əsəd rejimi, Ruslar və İranlıların təhdidlərinə qarşı özünü müdafiə etmə hüququna sahib olduğuna inamımız tamdır.



Әlaqәli Xәbәrlәr