ABŞ-dan arakanlı müsəlmanlara humanitar  yardım

ABŞ Myanmada didərgin düşmüş arakanlı müsəlmanlara 59 milyon dollar hümantar yardım qərarına gəldi.

1373114
ABŞ-dan arakanlı müsəlmanlara humanitar  yardım

 

ABŞ dölət katibliyinin sözçüsü Morqan Ortaqus Myanmanın Arakan əyalətindən şiddət və zorakılıqlar səbəbiylə ölkənin digər bölgələri və Banqladeşə sığınan Arakan müsəlmanlarına humanitar yardım barədə açıqlama verib: “ABŞ arakanlı müsəlmanlara 59 milyon dollar əlavə humanitar yardıma dair qərar qəbul etdi”.

 2017-ci ilin avqustundan bəri arakanlı müsəlmanlara edilən humanitar yardım miqdarının 820 milyon dollardan çox olduğunu deyən sözçü son yardımla arakanlı müsəlmanlarının təhsil, qida təhlükəsizliyi, sağlamlıq, qidalanma, sığınacaq kimi ehtiyaclarının təmin ediləcəyini bildirib. Məcburi köçkünlərin öz razılığı ilə doğma vətənlərinə qayıtmaları üçün Myanma rəhbərliyindən lazımlı şərtləri yaradmasının əhəmiyyətini vurğulayıb.



Әlaqәli Xәbәrlәr