Yens Stoltenberq Əsəd rejimi və Rusiyanı Suriyadakı hücumlara təcili son qoymağa çağırıb

NATO-nun baş katibi Yens Stoltenberq Əsəd rejimi və Rusiyanı Suriyadakı hücumlara təcili son qoymağa çağırıb.

1372232
Yens Stoltenberq Əsəd rejimi və Rusiyanı Suriyadakı hücumlara təcili son qoymağa çağırıb

NATO-nun baş katibi Yens Stoltenberq Əsəd rejimi və Rusiyanı Suriyadakı hücumlara təcili son qoymağa çağırıb.

Xorvatiyanın paytaxtı Zaqrebdə görüşlər keçirən  Stoltenberq həmin ölkənin baş naziri Andreş Plenkoviç ilə birgə mətbuat konfransı təşkil edib.

Suriyadakı vəziyyəti “həddindən artıq qarışıq və məcburi durum” olaraq qiymətləndirən Stoltenberq “Suriyadakı problemə siyasi həll yolu tapılmalıdır. Əsəd rejimi və Rusiya Suriyadakı hücumlara təcili son qoymalı, beynəlxalq hüququn əsaslarına hörmətlə yanaşmalı və BMT-nin sülh məqsədli həll yoluna dəstək olmalıdır” deyib.

Stoltenberq Yunanıstanın da son günlərdə ağır yükün altında olduğunu bildirib.

Xorvatiyanın baş naziri Plenkovic də görüşdə qlobal miqrasiya böhranını da müzakirə etdiklərini bildirərək, qanunsuz köçün qarşısının alınmasının vacibliyi barədəki mövqelərinin dəqiq və qətiyyətli olduğunu vurğulayıb.

Xorvatiyanın 2015-2016-cı ildə baş verən qaçqın böhranı səbəbindən təcrübəli olduğunu bildirən Plenkovic “Aİ və NATO əməkdaşlığında yeni qaçqın axınlarının qarşısını almaq üçün cəhd göstərəcəyik” ifadəsini işlədib.



Әlaqәli Xәbәrlәr