Şərq ölkələrində koronavirus epidemiyası

Tunis Səhiyyə Nazirliyi yeni növ koronavirusa (Kovid-19) yoluxmaqda şübhəli bilinən 996 nəfərin karantində saxlanıldığını açıqlayıb.

1372559
Şərq ölkələrində koronavirus epidemiyası

Tunis Səhiyyə Nazirliyi yeni növ koronavirusa (Kovid-19) yoluxmaqda şübhəli bilinən 996 nəfərin karantində saxlanıldığını açıqlayıb.

Səhiyyə naziri Abdullatif Mekki, İtaliyadan gəmi vasitəsilə Tunisə gələn bir sərnişində koronavirus aşkarlandığından, gəmidə olan digər 996 nəfərin də karantinə alındığını qeyd edib

 İraqda yeni növ koronavirusdan ikinci ölüm faktı qeydə alınıb. İraq Kürd Regional İdarəsi (İKRİ) tərəfindən isə ərazidəki məscid və kilsələrin kütləvi dini mərasimlər üçün qapalı olduğu bildirilib.

İran İnqilab Keşikçiləri Korpusunun komandanı Hüsyn Səlami  ölkədə sürətlə yayılan yeni növ koronavirus (Kovid-19) epidemiyasının ABŞ-ın biyoloji hücumu ola biləcəyini söyləyib.

İsrailin Baş Qərargah rəisi Aviv Kochavi Kovid-19 epidemiyası səbəbindən ABŞ-a edəcəyi səfəri təxirə saldıqda, dövlət qulluqçularının iş səyahəti üçün ölkə xaricinə çıxışları da qadağan edib.

İsrailin Baş naziri Benyamin Netanyahu, ölkədə artan yeni növ koronavirus epidemiyası səbəbindən əhaliyə “Əl tutaraq salamlaşmamağı” tövsiyə edib.

Arasında İtaliya və Yaponiyadan qayıdanların da olduğu 15 İsrail vətəndaşında da Kovid-19 aşkarlanıb.

Nigeriyada isə epidemiya səbəbindən Milli Məclis fəaliyyətlə iki gün fasilə verəcək.



Әlaqәli Xәbәrlәr