Liviyada Mitiqa hava limanı boşaldıldı

Liviyanın paytaxtı Tripolidəki Mitiqa hava limanı xəlifə Hafterə mənsub silahlıların hücumlarından sonra təxliyə edildi.

1372668
Liviyada Mitiqa hava limanı boşaldıldı

 

Liviya həmrəylik hökumətinin Nəqliyyat Nazirliyindən mövzu ilə əlaqəli yayılan məlumata görə Mitiqa hava limanında uçuşlar tamamilə dayandırıldı.

Nazirliyin açıqlamasında bildirilib ki, hava limanı təxliyə edildi. İşçilər evlərinə göndərildi. Uçuşlar isə paytaxt Tripolidən 200 kilometr məsafədə yerləşən Misrata hava limanına  istiqamətləndirildi.

Qeyd edək ki, Liviyada Hafterə mənsub silahlılar bir ay ərzində Mitiqa hava limanına dəfələrlə hücum təşkil etdilər. Ötən gün hava limanının hədəfə götürüldüyü raket  hücumu nəticəsində  isə “Burak Air və Afriqiyah Airways” avia şirkətlərə məxsus iki təyyarə yararsız hala düşüdü.



Әlaqәli Xәbәrlәr