Brüsseldə Yunanıstan və Avropa İttifaqının miqrasiya siyasətinə etiraz olaraq aksiya keçirilib

Belçikanın paytaxtı Brüsseldə sərhəddəki qaçqınlara qarşı qeyri-bərabər güc tətbiq edərək beynəlxalq hüquq normalarını pozan Yunanıstan və Avropa İttifaqının miqrasiya siyasətinə etiraz olaraq aksiya keçirilib.

1372202

Avropa İttifaqı qurumlarının yerləşdiyi Schuman Meydanında təşkil olunan nümayişlərdə müxtəlif qeyri-hökumət təşkilatlarının təxminən 200 üzvü iştirak edib.

Nümayişçilər “Hansı canavar uşaqların boğulmasına göz yuma bilər”, “Sərhədləri indi açın”, “Zorakılığı dərhal dayandırın” və “Qapımız sığınacaq axtaranlara açıqdır” şüarları ilə miqrantlara dəstək olublar.

Aksiyanın bəyanatında “Sığınacaq axtaranların köçürülməsi sürətləndirilməlidir. Avropa İttifaqının miqrasiya siyasətində islahatlar aparılmalıdır.

Yunanıstan sığınacaq hüququna hörmətlə yanaşmalıdır” kimi tələblər əksini tapıb. Avropa İttifaqı liderlərinə qarşı keçirilən nümayiş insidentsiz başa çatıb.

Әlaqәli Xәbәrlәr