ABŞ prezidenti Donald Tramp vǝ Taliban lideri Molla Abdulqani Berader arasında telefon danışığı olub

Amerika Birlǝşmiş Ştatları prezidenti Donald Tramp  vǝ Taliban lideri Molla Abdulqani Berader arasında telefon danışığı olub.

1371418

Donald Tramp Marilend ştatına sǝfǝr etmǝzdǝn ǝvvǝl jurnalistlǝrǝ açıqlama verib. O, Taliban lideri ilǝ sülh müqavilǝsini müzakirǝ etdiklǝrini qeyd edib.

‘‘Taliban lideri ilǝ telefon ǝlaqǝsi saxladım. Hücumların yaşanmaması mǝsǝlǝsindǝ razılıq ǝldǝ etdik. Nǝ olacağını görǝcǝyik’’,-deyǝ Amerika Birlǝşmiş Ştatları prezidenti deyib.

Donald Tramp hǝmçinin Taliban lideri ilǝ keçirdiyi görüşü müsbǝt qiymǝtlǝndirib.

Әlaqәli Xәbәrlәr