Vladimir Putin vǝ Angela Merkel Suriyadakı son vǝziyyǝti müzakirǝ ediblǝr

Bu barǝdǝ Kremldǝn verilǝn mǝlumatda bildirilib.

1371235
Vladimir Putin vǝ Angela Merkel Suriyadakı son vǝziyyǝti müzakirǝ ediblǝr

Rusiya prezidenti Vladimir Putin vǝ Almaniya kansleri Angela Merkel arasında telefon danışığı olub.

Bu barǝdǝ Kremldǝn verilǝn mǝlumatda bildirilib. Liderlǝrin Suriyadakı son proseslǝri müzakirǝ etdiyi bildirib.

‘‘Söhbǝt zamanı İdlib deeskalasiya zonası sǝrhǝdlǝri daxilindǝki ǝrazilǝrdǝ yaşanan gǝrginlik mǝsǝlǝsi müzakirǝ edilib'',-deyǝ Kremldǝn verilǝn mǝlumatda qeyd olunub.

Mǝlumatda hǝmçinin vurğulanıb  ki, görüşdǝ Liviya mǝsǝlǝsi ǝtrafında da fikir mübadilǝsi aparılıb.

Liderlǝr hǝmçinin Almaniyanın paytaxtı Berlindǝ Liviya mǝsǝlǝsi ilǝ bağlı keçirilǝn konfransda qǝbul olunan qǝrarların hǝyata keçirilmǝsinin ǝhǝmiyyǝtini dǝ vurğulayıblar.



Әlaqәli Xәbәrlәr