Donald Tramp vǝ Әşrǝf Qani sülh prosesini müzakirǝ ediblǝr

Bu barǝdǝ ABŞ Prezident Administrasiyasından verilǝn mǝlumatda qeyd olunub.

1369789
Donald Tramp vǝ Әşrǝf Qani sülh prosesini müzakirǝ ediblǝr

 

Әfqanıstan prezidenti Әşrǝf Qani  vǝ Amerika Birlǝşmiş Ştatları prezidenti Donald Tramp arasında telefon danışığı olub.

Bu barǝdǝ ABŞ Prezident Administrasiyasından verilǝn mǝlumatda qeyd olunub. Mǝlumata görǝ, tǝrǝflǝr sülh prosesini müzakirǝ ediblǝr. Donald Tramp söhbǝt zamanı ABŞ-la Taliban arasında ǝldǝ olunan sülh razılaşmasına görǝ mǝmnun olduğunu ifadǝ edib.

Tramp bundan sonraki prosesdǝ Afqanıstan hökumǝtinǝ etibar etdiyini qeyd edib.

‘‘Әfqanıstanda sülhün tǝmin olunması’’ adlı müqavilǝ Amerika Birlǝşmiş Ştatları ilǝ Taliban arasında  tǝxminǝn iki il davam edǝn danışıqlarda sonra Qǝtǝrin paytaxtı Dohada imzalanmışdı.

Müqavilǝni Amerika Birlǝşmiş Ştatlarının Әfqanıstan üzrǝ xüsusi nümayǝndǝsi Zalmay Xǝlilzad vǝ Talibanın siyasi mǝsǝlǝlǝr üzrǝ başçısı Molla Әbdulqani Berader imzalamışdı.

Müqavilǝyǝ ǝsasǝn Amerika Birlǝşmiş Ştatları, müttǝfiqlǝri vǝ koalisiya qüvvǝlǝri 135 gün ǝrzindǝ Әfqanıstandakı hǝrbçi sayını 8 min 600-ǝ endirǝcǝk. Talibanın müqavilǝnin ǝsaslarına riayǝt edǝcǝyi tǝqdirdǝ Amerika Birlǝşmiş Ştatları, müttǝfiqlǝri vǝ koalisiya qüvvǝlǝri 14 ay ǝrzindǝ ölkǝdǝn ǝsgǝrlǝrini çıxaracaq.



Әlaqәli Xәbәrlәr