Aİ-yə üzv ölkələrin XİN-ləri İdlib məsələsini müzakirə edəcək

Avropa İttifaqına üzv ölkələrin Xarici işlər nazirləri Suriyanın İdlib bölgəsində cərəyan edən proseslərin müzakirə ediləcəyi yığıncaq keçirəcəklər.

1369618
Aİ-yə üzv ölkələrin XİN-ləri İdlib məsələsini müzakirə edəcək

 

Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi Cosep Borrell mövzu ilə bağlı yazılı açıqlama verərək bildirib: “İdlibdəki qarşıdurma beynəlxalq sülh və təhlükəsizliyə ciddi təhlükə yaradır. Avropa İttifaqı humanitar böhrana son qoymaq üçün lazımi addımları dərhal atmalıdır. Bu səbəbdən prosesin müzakirəsi üçün Xarici Əlaqələr Şurasını fövqəladə iclasa dəvət edirəm”.

  Bütün ölkə nümayəndələrilə görüşdüyünü və onları atəşkəsə çağırdığını söyləyən Borrell böhranın yalnız siyasi yollarla həll edilə biləcəyini və bu istiqamətdə atılacaq addımlara Alyansın dəstək verəcəyini deyib.



Әlaqәli Xәbәrlәr