AP, NATO və ABŞ-ın şəhidlərlə bağlı açıqlamaları

NATO-nun baş katibi Yens Stoltenberq də Suriya rejimi və dəstəkçisi Rusiyanın İdlibdəki hücumlarını qınayaraq, bunlara son qoymağa çağırıb.

1367915
AP, NATO və ABŞ-ın şəhidlərlə bağlı açıqlamaları

Avropa Parlamentinin (AP) Türkiyə üzrə məruzəçisi Nako Sançez Amor Türkiyə əsgərlərinin Suriyada rejimin xain hücumunda şəhid olmaları barədə “kədərliyik” deyib.

Sançez şəhid əsgərlərlə bağlı yaydığı açıqlamasında “Türkiyə əsgərlərinin şəhid olması bizi kədərləndirdi və vəziyyətdən ciddi mənada narahatıq. Avropa İttifaqı daha çox etibar edilə bilən bir müttəfiqdir” ifadələrini işlədib.

NATO-nun baş katibi Yens Stoltenberq də Suriya rejimi və dəstəkçisi Rusiyanın İdlibdəki hücumlarını qınayaraq, bunlara son qoymağa çağırıb.

ABŞ isə “NATO müttəfiqimiz Türkiyənin yanındayıq” deyə açıqlama verib.

ABŞ Dövlət Departamenti xain hücumdan sonra “ dərin narahatlıq keçirdiklərini” bildirərək “Türkiyəni bu böhranda ən yaxşı necə dəstəkləyə biləcəyimizə dair seçimləri dəyərləndiririk” açıqlamasını verib.  



Әlaqәli Xәbәrlәr