ABŞ: “İdlib bölgəsində uçuşa qadağan zona yaradılsın”

ABŞ-nın Cənubi Karolina Ştatının senatoru Respublikaçı Lindsey Qraham və prezident Donald Tramp beynəlxalq ictimaiyyətə çağırış edib ki, Suriyanın İdlib bölgəsində uçuş qadağan zona yaradılsın.

1368169
ABŞ: “İdlib bölgəsində uçuşa qadağan zona yaradılsın”

Qraham mövzu ilə əlaqəli açıqlamasında: “Dünya İdlibin Əsəd, İran və Rusiya tərəfindən məhv edilməsinə biganə qalmamalıdır. Mövcud vəziyyət indiyə qədər müşahidə olunmuş ən ciddi humanitar fəlakət hesab edilir. İran və Rusiya tərəfindən dəstəklənən Əsəd vəhşi hücumlarını dər hal dayandırmalıdır.

Türkiyənin İdlibə müdaxiləsini yüksək qiymətləndiririk. Beynəlxalq ictimaiyyət İdlibdə minlərlə məsum insanı rejimin zülmündən xilas etmək üçün lazımlı addımları atmalı və bölgədə uçuşa qadağan zona elan etməlidir”-deyə vurğulayıb.



Әlaqәli Xәbәrlәr