Koronavirus qurbanlarının sayı artmaqda davam edir

Bu barәdә Çinin Milli Sәhiyyә Komissiyasından verilәn mәlumatda bildirilib.

Koronavirus qurbanlarının sayı artmaqda davam edir

 

Çindә yeni növ koronavirus (Kovid-19) epidemiyası sәbәbindәn hәlak olanların sayı 2 min 746 nәfәrә çatıb.

Bu barәdә Çinin Milli Sәhiyyә Komissiyasından verilәn mәlumatda bildirilib. Mәlumatda qeyd olunub ki, virusa yoluxanların sayı 78 min 497 nәfәrә çatıb. Virusa yoluxan çox sayda adamın vәziyyәti kritiktir. Mәlumatda hәmçinin bildirilib ki, müalicә olunanların sayı 22 min keçib.

Sutka әrzindә virus sәbәbindәn hәlak olanların sayı 29, yoluxanların sayı isә 433 nәfәrә çatıb. Belәliklә koronavirus epidemiyası sәbәbindәn indiyәdәk xәstәxanaya müraciәt edәnlәrin sayı 180 mini keçib.

Qeyd edәk ki, yeni növ  koronavirus ilk olaraq Çinin Xubey әyalәtinin Vuxan şәhәrindә yayılmağa başlamışdı


Etiketlәr: epidemiya , Vuxan , Xubey , koronavirus , Çin

Әlaqәli Xәbәrlәr