ABŞ-da silahlı insident baş verib, ölən və yaralananlar var

ABŞ prezidenti Donald Tramp Viskonsin ştatının Milvauke şǝhǝrindǝ namǝlum şǝxs tǝrǝfindǝn  törǝdilǝn silahlı hücum nǝticǝsindǝ beş nǝfǝrin hǝlak olduğunu açıqlayıb.

1367211
ABŞ-da silahlı insident baş verib, ölən və yaralananlar var

Amerika Birlǝşmiş Ştatlarında silahlı insident baş verib.

ABŞ prezidenti Donald Tramp Viskonsin ştatının Milvauke şǝhǝrindǝ namǝlum şǝxs tǝrǝfindǝn  törǝdilǝn silahlı hücum nǝticǝsindǝ beş nǝfǝrin hǝlak olduğunu açıqlayıb.

Donald Tramp Ağ Evdǝ koronavirus epidemiyası ilǝ ǝlaqǝdar tǝşkil edilǝn mǝtbuat konfransında Milvauke şǝhǝrindǝ törǝdilǝn silahlı hücumu qiymǝtlǝndirib.

Hücum nǝticǝsindǝ beş nǝfǝrin öldüyünü ifadǝ edǝn Donald Tramp deyib: ‘‘ Xain hücum nǝticǝsindǝ öldürülǝnlǝrin ailǝlǝrinǝ  dǝrin hüznlǝ başsağlığı, xǝsarǝt alanlara şǝfa dilǝyirǝm’’.

Qeyd edǝk ki, yerli mǝtbuat orqanlarının yaydığı xǝbǝrlǝrdǝ hücum nǝticǝsindǝ yeddi nǝfǝrin öldürüldüyü bildirilir.

Hücumun detalları ilǝ bağlı ǝtraflı mǝlumat verilmǝyib. Faktla bağlı araşdırma aparılır.



Әlaqәli Xәbәrlәr