Cenevrədə Liviya ilə bağlı danışıqlara start verildi

Liviya siyasi danışıqlarının ilk mərhələsinə İsveçrənin Cenevrə şəhərində start verildi. Bu barədə Birləşmiş Millətlər Təşkilatı məlumat yayıb.

1366896
Cenevrədə Liviya ilə bağlı danışıqlara start verildi

Liviya milli həmrəylik hökumətinin başçılığındakı panlamentdən daha əvvəl  yayılan açıqlamada Hafter ilə Cenevrədə keçirilməsi planlaşdırılan siyasi danışıqlara qatılmayacağını açıqlamışdı. Ancaq BMT-nin Cenevrə Ofisinin sözçüsü Rheal Leblanc bu gün görüşlərin başladığını bildirdi.

Danışıqların hazırda BMT-nin Cenevrədəki ofisində davam etdiyini ifadə edən sözçü Leblanc iclasda iştirak edən nümayəndə heyətlərinin kimlərdən təşkil tapdığı və neçə nəfər olduqlarına dair məlumat verməyib.

Liviyanın BMT-nin Cenevrə Ofisi yanında daimi nümayəndəsi Səfir Tamim Baiou danışıqların BMT-nin himayəsində keçirildiyini hazırda özlərinin bu barədə ətraflı məlumata sahib olmadıqlarını deyib.

Qeyd edək ki, BMT-nin dünənki açıqlamasında Liviya ilə əlaqəli siyasi danışıqlara BMT-nin Liviya üzrə xüsusi nümayəndəsi Qassan Salamenin ev sahibliyi edəcəyi və BMT-nin himayəsi altında baş tutacağı qeyd edilmişdi.



Әlaqәli Xәbәrlәr