İtaliyada “COVID-19” epidemiyasından ölənlərin sayı artır

İtaliyada yeni tip koronavirusa (COVID-19) yoluxmuşların sayında artım qeydə alınıb. Virusun səbəb olduğu xəstəlikdən 7 nəfər ölüb.

1365707
İtaliyada “COVID-19” epidemiyasından ölənlərin sayı artır

İtaliya xəbər agentliyi ANSA-nın xəbərinə görə İtaliya hökuməti koronavirusun yayılmasının qarşısını almaq üçün ölkə ərazisində bir çox şəhərə giriş-çıxışı bağlayıb. Məlumata görə ölkədə “COVID-19” koronavirusuna yoluxmuş şəxslərin sayı 222-yə çatıb. İki sutka ərzində daha 3 nəfər həyatını itirib. İtaliyanın şimali Lombardiya və Veneto əyalətlərində məktəb və universitetləri ən azı bir həftəlik bağlamaq göstərişi verilib. Bu əyalətlərdə həmçinin muzeylər və kinoteatrlar bağlanıb, eləcə də məşhur Venesiya Karnavalı bitməsinə iki gün qalmış dayandırılıb.


 

 



Әlaqәli Xәbәrlәr