Qəzza zolağından İsrail tərəfinə raket atılıb

İsrail ordusu mühasirə altında olan Qəzza zolağında İsrail tərəfinə 20 raket atıldığını açıqlayıb.

1364977
Qəzza zolağından İsrail tərəfinə raket atılıb

İsrail ordusu mühasirə altında olan Qəzza zolağında İsrail tərəfinə 20 raket atıldığını açıqlayıb.

Ordunun açıqlamasında fevralın 23-də axşam radələrində Qəzzadan atılan raketlər səbəbindən İsrail tərəfindən sirena səslərilə xəbərdarlıq edildiyi bildirilib.

Açıqlamada atılan 20 raketdən 10-nun İsrailə məxsus “Demir qübbə” hava müdafiə sistemi tərəfindən zərərsizləşdirildiyi ifadə edilib.

Yerli mətbuat raket atışları nəticəsində ölən olmadığını və xəsarətin yaranmadığını bildirib.

Raket hücumlarının İsrail əsgərlərinin fevralın 23-də səhər Qəzza zolağında bir fələstinlini şəhid etməsindən sonra ortaya çıxan qeyri-insani görüntülərdən saatlar sonra edilməsi diqqət çəkib.

Qeyd edək ki, İsrail əsgərləri fevralın 23-də səhər radələrində “partlayıcı maddə” yerləşdirdiyi səbəbindən 2 fələstinliyə atəş açmış, bunlardan birini həyatını itirmiş, digəri də yaralanmışdı.

Bölgədə olan fələstinlilər həyatını itirən nəfərin nəşini almaq istəmiş, lakin İsrail ordusuna məxsus əsgərlər qrupa atəş edərək mane olmuşdu.

İsrail ordusuna məxsus buldozər ölən fələstinlinin nəşini yərlərdə sürüdükdən sonra götürüb bölgədən uzaqlaşmışdı.



Әlaqәli Xәbәrlәr