Çində koronavirus qurbanlarının sayı 2594 nəfərə çatıb

Çin Xalq Respublikasının Səhiyyə məsələləri üzrə Dövlət Komitəsinin məlumatına görə, ölkədə virus epidemiyasından ölənlərin sayı 2594 nəfərə çatıb.

1364913
Çində koronavirus qurbanlarının sayı 2594 nəfərə çatıb

Çin Xalq Respublikasının Səhiyyə məsələləri üzrə Dövlət Komitəsinin məlumatına görə, ölkədə virus epidemiyasından ölənlərin sayı 2594 nəfərə çatıb. Məlumata görə, 24 734 nəfər sağalaraq xəstəxanalardan evə buraxılıb.

Bildirilir ki, gün ərzində virusdan 150 ölüm hadisəsi qeydə alınıb, 1 846 nəfər evə buraxılıb. Hazırda Çində 77 150 nəfər virus daşıyıcısıdır. 

Çinin dövlət başçısı Si Tszinpi Hubey şəhərində ortaya çıxan yeni növ koronavirus (Kovid-19) epidemiyasının “hələ də mərhəmətsiz və mürəkkəb” vəziyyətdə qalmaqda davam etdiyini bildirib.

Səlahiyyətliləri “virusun yayılmasının qarşısını qətiyyətli şəkildə  almağa” çağıran Si epidemiyanın onlar üçün bir “böhran və ciddi imtihan” olduğunu bildirərək, xəstəliyin Kommunist Partiyanın 1949-cu ildə hakimiyyətə gəlməsindən bəridir ən sürətli yoluxan və qarşısı ən çətin alınan təcili səhiyyə vəziyyəti olduğunu ifadə edib.

Digər tərəfdən Avropa İttifaqına (Aİ) üzv bəzi ölkələr yeni növ koronavirusla mübarizəyə dəstək olması məqsədilə Çinə maska, əlcək və  dezinfeksiyaedici kimi qoruyucu ekipaj yardımı edib.



Әlaqәli Xәbәrlәr