Daha bir ölkǝdǝ koronavirus qurbanlarının sayı artıb

İtaliyada yeni növ koronavirus (Kovid-19) epidemiyası sǝbǝbindǝn hǝlak olanların sayı iki nǝfǝrǝ çatıb.

Daha bir ölkǝdǝ  koronavirus qurbanlarının sayı artıb

 

İtaliyada yeni növ koronavirus (Kovid-19) epidemiyası sǝbǝbindǝn hǝlak olanların sayı iki nǝfǝrǝ çatıb.

Mǝlumata görǝ, ölkǝnin Lombardiya bölgǝsindǝ bir qadın da koronavirus epidemiyası sǝbǝbindǝn dünyasını dǝyişib. Belǝliklǝ İtaliyada koronavirus qurbanlarının sayı iki nǝfǝrǝ çatıb.

‘‘Ağ dǝbilqǝlilǝr’’ tǝşkilatının rǝsmisi Angelo Borelli keçirdiyi mǝtbuat konfransında İtaliyada 79 nǝfǝrin koronavirusa yoluxduğunu, bunlardan ikisinin hǝlak olduğunu, birinin isǝ müalicǝ olunduğunu bildirib. O, digǝr xǝstǝlǝrin vǝziyyǝtinin stabil olduğunu qeyd edib.

Qeyd edǝk ki, baş nazir Cuzeppe Konte virusla ǝlaqǝdar fövqǝladǝ iclas keçirib. O, virusun yayıldığı Lombardiya vǝ Veneto bölgǝlǝrinǝ daxil olanların sayını mǝhdudlaşdırmaq ilǝ bağlı qǝrar qǝbul etdiklǝrini deyib.

Bu arada Milan Bǝlǝdiyyǝ sǝdri Cuzeppe Sala da İtaliya I Futbol Liqası çǝrçivǝsindǝ  keçirilǝcǝk matçın da tǝxirǝ salındığını açıqlayıb.



Әlaqәli Xәbәrlәr