İngiltərədə “Ən yaxşılara qucaq açacaq” qiymətləndirmə formalı yeni miqrasiya sistemi

İngiltərə Brexitdən (ölkənin Avropa İttifaqından çıxması) sonra ölkəni “Ən yaxşılara qucaq açacaq” qiymətləndirmə formalı yeni miqrasiya sisteminə keçirir.

1363345
İngiltərədə “Ən yaxşılara qucaq açacaq” qiymətləndirmə formalı yeni miqrasiya sistemi

İngiltərə "Brexit"dən (ölkənin Avropa İttifaqından çıxması) sonra ölkəni “Ən yaxşılara qucaq açacaq” qiymətləndirmə formalı yeni miqrasiya sisteminə keçirir.

Daxili işlər naziri Priti Patel yeni sistemin 2021-ci il yanvarın 1-dən tətbiq ediləcəyini bildirib. Bunun bütün ölkə üçün tarixi əhəmiyyətini vurğulayan Patel, “Sərbəst hərəkətə son qoyuruq, sərhədlərimizə nəzarəti gücləndirəcəyik” deyə açıqlama verib.

Qeyd edib ki, ingilis xalqının tələbləri nəzərə alınır. Onun sözlərinə görə, iqtisadiyyatı və birlikləri gücləndirərək dünyanın dörd bir tərəfindən ən yaxşıları cəlb etməklə ölkə bütün potensialını ortaya qoyacaq. Yeni sistemə əsasən, İngiltərədə işləmək, yaşamaq istəyənlər Kanada və Avstraliyadakı qaydada yoxlanacaq. Belə ki, müraciət edənlərin ingilis dili səviyyəsi, peşəsi və təhsili nəzərə alınacaq. Lazımi balı toplayanlar ölkəyə buraxılacaqlar.

Yeni sistemdə Avropa İttifaqına üzv olan və olmayan ölkələrin vətəndaşları eyni qaydada qiymətləndiriləcək.

Elm adamları, mühəndislər və akademiklərə üstünlük veriləcək. Bundan başqa, iş təklif edən şirkətlərin illik minimum 25 min 600 funt sterlinq (202 min TL) ödəməsi nəzərdə tutulur. Aşağı ixtisaslı kadrlar üçün xüsusi miqrasiya sistemi tətbiq edilməyəcək.

Buna baxmayaraq, hələ də İngiltərədə olan və Avropa İttifaqına üzv ölkələrdən gələn işçi qüvvəsinin 70%-i lazımi tələblərə cavab vermir.



Әlaqәli Xәbәrlәr