Boko Haramın üç başçısı öldürülüb

Qǝrbi Afrika ölkǝsi olan Nigeriyanın şimal-şǝrqindǝ terror tǝşkilatı Boko Haramın üç lideri zǝrǝrsizlǝşdirilib.

1363374
Boko Haramın üç başçısı öldürülüb

 

Qǝrbi Afrika ölkǝsi olan Nigeriyanın şimal-şǝrqindǝ terror tǝşkilatı Boko Haramın üç lideri zǝrǝrsizlǝşdirilib.

Mǝlumatda bildirilib ki, Nigeriya ordusu Boko Haramın Borno ǝyalǝtinin Kirta vǝ Vulga bölgǝlǝrindǝki düşǝrgǝlǝrǝ hava hücumu tǝşkil edib.

Mǝlumatda ǝmǝliyyat nǝticǝsindǝ Boko Haramın üç liderinin öldürüldüyü bildirilib.

Nigeriyada 2000-ci ilin ǝvvǝlindǝn etibarǝn öz mövcudluğunu davam etdirǝn Boko Haram tǝşkilatının 2009-cu ildǝn bǝri törǝtdiyi hücumlar nǝticǝsindǝ 20 mindǝn çox adam hǝlak olub.

Tǝşkilat 2015-ci ildǝn etibarǝn Kamerun, Çad vǝ Nigerdǝ  dǝ hücumlar törǝdir. Terror tǝşkilatı Boko Haramın Çad gölü hövzǝsindǝ törǝtdiyi hücumlar nǝticǝsindǝ iki min adam hǝlak olub.

 



Әlaqәli Xәbәrlәr