Tramp: “Prezident Ərdoğan güclü və sərt liderdir”

Amerika Birləşmiş Ştatları prezidenti Donald Tramp Suriyanın rejim qüvvəlirinin hücumlarına məruz qalan İdlib məsələsinin həlli mövzusunda prezident Rəcəb Tayyib Ərdoğanla birgə addım atdığını bildirib.

1362101
Tramp: “Prezident Ərdoğan güclü və sərt liderdir”

Tramp Los-Ancelesə səfəri əvvəlində jurnalistlərin ünvanladıqları sualları cavablandırıb. O, “Güclü və sərt” lider sözü ilə xarekterizə etdiyi Ərdoğanla sarsılmaz münasibətlərinin olduğuna diqqət çəkib və ABŞ-nın İdlib mövzusunda Türkiyə ilə güclü əməkdaşlıq etdiyini vurğulayıb.

Qeyd edək ki, Ağ Evdən yayılan açıqlamada iki lider arasında ötən həftə baş tutan telefon danışığında Trampın, İdlibdə təhlükəsizliyin bərpası uğrunda atdığı addımlara görə prezident Ərdoğana təşəkkür etdiyi bildirildi.



Әlaqәli Xәbәrlәr