Liviya Milli Həmrəylik Hökuməti Cenevrə danışıqlarına qatılmayacağını açıqladı

Liviya Milli Həmrəylik Hökuməti Xəlifə Xafterə bağlı olan milislərin hücumlarına görə 5+5 formatında İsveçrənin Cenevrə şəhərində hərbi komitənin iclasında iştirakını təxirə salıb.

1362379
Liviya Milli Həmrəylik Hökuməti Cenevrə danışıqlarına qatılmayacağını açıqladı

BMT nəzdində legitimliyi olan Liviya Milli Həmrəylik Hökuməti (UMH) Prezident Şurası ölkənin şərqindəki qeyri-qanuni silahlı qüvvələrin başçısı Xəlifə Xafterə bağlı olan milislərin hücumlarına görə 5+5 formatında İsveçrənin Cenevrə şəhərində hərbi komitənin iclasında iştirakını təxirə salıb.

Prezident Şurasının açıqlamasında "Atəşkəs bir daha paytaxt Tripolidəki mülki obyektlər hədəf alınaraq pozuldu. Bu dəfə hədəf Mitiga Hava Limanı deyil, Tripoli Limanı oldu." ifadəsi yer alıb.

Açıqlamada limanın liviyalıların şah damarı olduğu və liviyalıların bu liman vasitəsilə qida, dərman, tibbi ləvazimatlar və digər əsas ehtiyaclarını ödədikləri ifadə edilərkən, atəşkəsdən əvvəl və ya sonra Hafter milislərinin hücumlarının müharibə cinayətləri olduğu bildirilib.

Açıqlamada vurğulanıb ki, cinayətkarlara (Hafter) etdikləri pozuntlara qarşı qətiyyətli mövqe ortaya qoyulanadək Cenevrədəki hərbi komitə iclaslarında iştirak edilməsi dayandırıldı. UMH qüvvələri bu pozuntulara vaxtında və lazımlı şəkildə cavab verəcək.

Ölkə daxilindəki mühacirlərin evlərinə qayıtmalarına imkan yaradacaq və paytaxt ilə digər şəhərlərin təhlükəsizliyinin təmin olunacağına dair zəmanət veriləcəyi əhatəli şəkildə daimi atəşkəs əldə olunmamış müzakirələrin mənasız olduğu və beynəlxalq birliyin Liviyada sabitlik istədiyi təqdirdə qəbul etdiyi qərarları icra etməsinin vacib olduğu bildirilib.

Cenevrədə fevralın 18-də başlayacağı gözlənilən hərbi komitə iclaslarının ikinci mərhələsi Hafter milislərinin hücumları ilə dayandı.

Qeyd edək ki, Hafterə sadiq milislərin Tripoli Limanına etdiyi iki ayrı raket hücumunda 3 mülki şəxs həyatını itirib, 5 nəfər yaralanıb.



Әlaqәli Xәbәrlәr