Talibanla ABŞ razılığa gəldilər

Taliban müzakirə qrupunun üzvü Mövləvi Abdul Salanm Hənəfi "nunn.asia" internet saytına verdiyi müsahibdə bildirib

1361467
Talibanla ABŞ razılığa gəldilər

 

  Əfqanıstandakı Taliban təşkilatı Amerika Birləşmiş Ştaları ilə Qətərin paytaxtı Dohadakı sülh görüşlərinin tamamlandığını və fevralın sonunda müqavilə imzalanacağını bildirib.

  Taliban müzakirə qrupunun üzvü Mövləvi Abdul Salam Hənəfi "nunn.asia" internet saytına verdiyi müsahibdə bildirib:

  "Talibanla ABŞ arasında müqavilə fevralın sonunda Dohada Birləşmiş Millətlər Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa İttifaqı və Əfqanıstanın qonşu ölkələrindən nümayəndələrin iştirakıyla imzalanacaq.

  Müqavilədən əvvəl imza mərasimi üçün uyğun bir atmosfer meydana gətirmək məqsədiylə zorakılıq hadisələri azaldılacaq. Razılaşma imzalandıqdan sonra ABŞ və Əfqanıstan hökuməti əllərindəki 5 min Taliban üzvünü bizə qaytaracaq, biz də min adamı azad edəcəyik.

  Əfqanıstandakı tərəflər arasındakı görüşlər isə məhkumlarla əlaqədar müddətin tamamlanmasından sonra başlayacaq.”

  Amerika mediasının yazdığına görə, 22 fevralda olacaq atəşkəslə bağlı “7 günlük müqavilə” ilə əlaqədar razılığa gəlinib.

 



Әlaqәli Xәbәrlәr