HƏMAS hərəkatı İsrailə reaksiya göstərdi

HƏMAS hərəkatı İsrailin hakim olduğu bölgələrin xəritələrinin çəkilməsi üçün ABŞ-İsrail Komissiyasının yaradılmasının Fələstin xalqına hücum mənası daşıdığını açıqlayıb.

1360635

HƏMAS-ın sözçüsü Hazim Qasım “İsrailin suverenlik xəritələrini hazırlaması Fələstin millətinin hər hissəsinə meydan oxumaqdır” ifadələrini işlədib.

İşğal qüvvələrinin ABŞ rəhbərliyinin cəsarətləndirməsilə bütün beynəlxalq ənənənə və qanunların əleyhinə üsyankar rəftar etməkdə davam etdiyini bildirən Qasım “Bu əhlavatlar İordan çayının qərb sahilinin azadlaşdırılması və sakinlərinin qovulması üçün xalqımızın mübarizəsinin qarşısını qətiyyətlə almayacaqdır” deyib.

Qeyd edək ki, İsraildə bir sıra mətbuat-veriliş orqanlarında qurulan ABŞ-İsrail Komissiyası Agvar, İordan çayının qərb sahili kimi müxtəlif bölgələrdəki qeyri-qanuni yaşayış yerlərinin ilhaqına dair xəritə çəkilməsinə dair işlərin başlandığı barədə xəbərlər yaymışdı.

Әlaqәli Xәbәrlәr