Burkino-Fasoda kilsəyə hücum zamanı ölənlərin sayı

Burkino-Fasonun şimalında yerləşən kəndə naməlum şəxslərin silahlı hücumu nəticəsində 24 nəfər ölüb.

1361147
Burkino-Fasoda kilsəyə hücum zamanı ölənlərin sayı

Burkino-Fasonun şimalında yerləşən kəndə naməlum şəxslərin silahlı hücumu nəticəsində 24 nəfər ölüb.

Vilayətin qubernatoru Sahel Salfo Kabore bildirib ki, fevralın 16-da silahlı terrorçu qrup Pansi yaşayış məntəqəsində dinc əhaliyə hücum edib. İlkin məlumata görə, 24 nəfər, o cümlədən keşiş öldürülüb.

Hücum nəticəsində 18 nəfər yaralanıb, bir neçə nəfər oğurlanıb.

Xəbər verilir ki, terrorçular Pansidəki protestant kilsəsinə hücum ediblər. Gülləbarandan əvvəl onlar yerli sakinləri kəndə qonaq gələnlərdən ayıraraq atəşə tutublar. 

Burkino-Fasonun şimalında 12 yanvarda başa çatan fövqəladə vəziyyət terrorla mübarizəni gücləndirmək məqsədilə daha bir il uzadılıb. 



Әlaqәli Xәbәrlәr