"Bu plan sadəcə iki liderin seçki kampaniyalarının bir hissəsidir", M. İştiyye

Fələstinin baş naziri Məhəmməd İştiyye ABŞ-ın sözdə sülh planının İsrailin baş naziri Binyamin Netanyahu ilə ABŞ prezidenti Donald Tramp arasında qəbul edilən razılaşmadan başqa heç nə olmadığını deyib.

1360552

Fələstin Baş Nazirliyinin bu barədəki açıqlamasına görə, İştiyye Almaniyada keçirilən 56-cı Münhen Təhlükəsizlik Konfransı çərçivəsində təşkil edilən Fələstin mövzulu simpoziumda etdiyi çıxışda bildirib:

“Sözdə sülh planını Netanyahu ilə Tramp arasında qəbul edilən razılaşmadan başqa heç nə deyil. Buna sülh planı demək qeyri-mümkündür. Bu plan sadəcə iki liderin seçki kampaniyalarının bir hissəsidir. Qüdsü əhatə etməyən, fələstinlilərin qayıtma haqqını tanımayan, 221 yaşayış məntəqəsində yaşayan 720 min yahudi mühacirə toxunmayan və suverenliyi olmayan bir Fələstin təklif edir”.

Sözdə sülh planının fələstinliləri bir-birinə körpü və tunellərlə bağlanacaq kiçik adalara həsb etdiyini vurğulayan İştiyye Trrampın planının ölü doğulduğunu və yaxın zamanda tarixə quylanacağını dilə gətirib.

İştiyye Avropa ölkələrini Trampın sözdə sülh planına reaksiya göstərməyə və 1967 sərhədlərində paytaxtı Şərqi Qüds olan Fələstin dövlətini tanımağa çağırıb.

Әlaqәli Xәbәrlәr