Trampın İran ilə əlaqəli səlahiyyətləri məhdudlaşdırıldı

Amerika Birləşmiş Ştatları Senatı, prezident Donald Tramp-ın İrana qarşı müharibə səlahiyyətlərindən "Konqresin razılığı olmazdan" istifadə etməsinə mane olan qanun  layihəsini qəbul etdi.

Trampın İran ilə əlaqəli səlahiyyətləri məhdudlaşdırıldı

Yayılan məlumata görə ABŞ Senatının Baş Assambleyasında keçirilən səsvermədə layihə 55 senatorun lehdə, 45 senatorun isə əleyhdə səsləri  ilə   qəbul edildi.

 Demokrat partiya üzvü Virciniya senatoru Tim Kainin Baş Assambleyaya təqdim etdiyi qanun layihəsinə görə prezident Donald Tramp daha Konqresin razılığı olmazdan İrana qarşı hərbi addım atabilməyəcək. Demokrat senatorlar ilə yanaşı 8 respublikaçı senatörün da qanun layihəsinə lehdə səs vermələri diqqətləri çəkib. Layihənin Nümayəndələr Palatasında da qəbul ediləcəyi proqnozlaşdırılır.

İcmalçılara görə Tramp-ın veto etməsi gözlənilən qanun layihəsinin qəbulu Konqresin prezidentə İran ilə əlaqəli verdiyi ən sərt reaksiya hesab edilib.

Tramp qanun layihəsi səsə qoyulmazdan əvvəl verdiyli açıqlamada Respublikaçı senatorlara müraciət edərək Demokratlar sizləri utandırmaq üçün çalışırlar buna imkan verməyin demişdi.



Әlaqәli Xәbәrlәr