Liviyada Birləşmiş Ərəb Əmirliklərinə məxsus zirəhli texnika ələ keçirilib

Liviyada beynəlxalq legitimliyi olan Milli Həmrəylik Hökumətinə bağlı hərbi dəstələr Birləşmiş Ərəb Əmirliklərinə məxsus zirəhli texnika və ağır silahlarla təchiz olunmuş yük maşınları ələ keçirib.

Liviyada Birləşmiş Ərəb Əmirliklərinə məxsus zirəhli texnika ələ keçirilib

Liviyada beynəlxalq legitimliyi olan Milli Həmrəylik Hökumətinə bağlı hərbi dəstələr ölkənin şərqindəki qeyri-qanuni qüvvələrin başçısı Xəlifə Hafterə qarşı əməliyyatda Birləşmiş Ərəb Əmirliklərinə məxsus zirəhli texnika və ağır silahlarla təchiz olunmuş yük maşınları ələ keçirib.

Milli Həmrəylik Hökumətinə bağlı hərbi hissələrin sözçüsü Məhəmməd Qanunu verdiyi yazılı açıqlamada paytaxt Tripolinin cənubunda atəşkəsi pozan Hafter milislərinin yerini müəyyənləşdirərək əməliyyat həyata keçirdiklərini bildirib.  

Qanunu “Həyata keçirilən əməliyyatda Birləşmiş Ərəb Əmirliklərinə məxsus 2 zirəhli maşın və ağır silah quraşdırılmış 3 yük maşını ələ keçirdik; ayrıca müxtəlif ölkə vətəndaşları olan xeyli sayda milis yaxalandı” ifadələrini işlədib.

Hafterə bağlı milislərin son üç gündür raketlə həyata keçirdiyi hücumlarında 2 mülki şəxs həyatını itirib, 17 adam isə yaralanıb.



Әlaqәli Xәbәrlәr