Koronavirus qurbanlarının sayı artmaqda davam edir

Bu barәdә Çinin Milli Sәhiyyә Komissiyasından verilәn mәlumatda bildirilib.

Koronavirus qurbanlarının sayı artmaqda davam edir

 

 

Çindә yeni növ koronavirus (Kovid-19) epidemiyası sәbәbindәn hәlak olanların sayı 1381 nәfәrә çatıb.

Bu barәdә Çinin Milli Sәhiyyә Komissiyasından verilәn mәlumatda bildirilib. Mәlumatda qeyd olunub ki, virusa yoluxanların sayı 63  min 851  nәfәrә çatıb. Virusa yoluxan çox sayda adamın  vәziyyәti kritiktir. Mәlumatda hәmçinin bildirilib ki, müalicә olunanların sayı 6 min 723 nǝfǝrǝ çatıb.

Bundan başqa Honkonq Muxtar Respublikada 53, Makau Muxtar Respublikasında isә 10 nәfәrin virusa yoluxduğu bildirilir.

Sutka әrzindә virus sәbәbindәn hәlak olanların sayı 121  nәfәrә çatıb. Belәliklә koronavirus epidemiyası sәbәbindәn  xәstәxanaya müraciәt edәnlәrin sayı 180 mini keçib.

Mǝlumatda 2 min 600 tibbi personalın Vuxan şǝhǝrinǝ göndǝrildiyi vurğulanıb.

Qeyd edәk ki, yeni növ  koronavirus ilk olaraq Çinin Xubey әyalәtinin Vuxan şәhәrindә yayılmağa başlamışdı.



Әlaqәli Xәbәrlәr