Almaniyanın daxili işlər naziri yeni miqrant böhranı ilə əlaqədar xəbərdarlıq edib

Almaniyanın daxili işlər naziri Horst Seehofer ölkəsində və Avropada yeni miqrant böhranı ilə əlaqədar xəbərdarlıq edib.

1359630

Nazir “Bild” qəzetinə açıqlamasında, Avropa İttifaqına üzv olmayan ölkələrdə münaqişələrin insanları didərgin saldığını, bu səbəbdən miqrant axınının yüksək olduğunu bildirib.

Seehofer həmçinin 2015-ci ildə Avropada yaşanan miqrant böhranına diqqət çəkib.

“Avropa İttifaqına üzv olmayan ölkələrə miqrant axınının qarşısını almaqda yardım göstərməsək, 2015-ci ildəki vəziyyəti yaşayacağıq”-deyə əlavə edib. Aİ-nin qaçqın siyasətində irəliləyişin olmadığını tənqid edən Seehofer, bununla bağlı durğunluğa son qoyulmasının vacibliyini vurğulayıb. O, Avropa İttifaqı Komissiyası ilə sığınacaq məsələsi ətrafında danışıqlar aparıldığını, irəliləyişə nail olunacağına ümid etdiyini deyib.

Qeyd edək ki, 2015-ci ildə Avropaya qaçqın axını zamanı 500 min, 2016-cı ildə Almaniyaya 750 minə yaxın miqrant üz tutduğu halda, 2017-ci ildə bu rəqəm 220 minə, 2018-də 185 minə, 2019-cu ildə isə 165 minə çatmışdı.

Әlaqәli Xәbәrlәr