İndoneziyanın ǝn aktiv vulkanı püskürüb
İndoneziyanın Yava adasında yerləşən Merapi vulkanı kül püskürüb.
1358746
İndoneziyanın Yava adasında yerləşən Merapi vulkanı kül püskürüb.
Mǝlumata görǝ, vulkan 2 kilometr yüksəkliyə tüstü və kül püskürüb. Mǝlumatda qeyd olunub ki, vulkanda yerli vaxtla 05,16-da partlayış baş verib vǝ 150 saniyǝ davam edib.
İndoneziya rəsmiləri vətəndaşlara onun kraterinə 3 kilometrdən artıq yaxınlaşmağı qadağan edib.
Qeyd edək ki, Merapi İndoneziyanın ən aktiv vulkanı sayılır.
Vulkanın 2010-cu ildə püskürməsi nǝticǝsindǝ azı 347 nəfər hǝlak olub.