NATO Baş Katibi Əsəd rejimi və Rusiyaya İdlib mövzusunda çağırış etdi

NATO-nun baş katibi Jens Stoltenberq Əsəd rejimini və Rusiyanı Suriyanın İdlib bölgəsindəki hücumlarını dərhal dayandırmağa çağırdı.

1357367
NATO Baş Katibi Əsəd rejimi və Rusiyaya İdlib mövzusunda çağırış etdi

Stoltenberq 12-13 fevral tarixlərində Brüsseldə keçiriləcək NATO Müdafiə Nazirləri yığıncağını ərəfəsində mətbuata müsahibəsində “İdlib məsələsi Müdafiə Nazirləri Yığıncağında gündəmə daxil ediləcəkmi? Rusiyanın dəstəklədiyi Əsəd rejiminin artan hücumlarına dair münasibətiniz nədir”? Sualına cavabən: “İclasda nazirlərin İdlibdə cərəyan edən proseslərə toxunmalarını gözləyirəm. İdlibdəki hadisələrdən xeyli narahatam. Dinc sakinlərin hədəfə götürüldüyü hücumlar səbəbindən yüz minlərlə insan köç məcburiyyətində qaldı. Bölgədə həlata keçirilən avia hücumlardan ən çox dinç əhali mənfi təsirlənir. Bu səbəbdən hücumları qınayır və Əsəd rejimi ilə Rusiyanı bu hücumlara dərhal son qoymağa çağırıram”-deyə vurğulayıb.

 

 



Әlaqәli Xәbәrlәr