Әfqanıstanda universitetin qarşısında terror aktı törәdilib, ölәnlәr var

Әfqanıstanın paytaxtı Kabildәki Milli Müdafiә Universitetinin yaxınlığında terror hücumu törәdilib. Hadisә nәticәsindә beş nәfәr hәlak olub.

1356906
Әfqanıstanda universitetin qarşısında terror aktı törәdilib, ölәnlәr var

 

Әfqanıstanın paytaxtı Kabildәki Milli Müdafiә Universitetinin yaxınlığında terror aktı törәdilib. Hadisә nәticәsindә beş nәfәr hәlak olub.

Әfqanıstan Müdafiә Nazirliyi hücumun terrorçu-kamikadze tәrәfindәn törәdildiyini açıqlayıb. Tәcavüzkarın üzәrindәki partlayıcı qurğunu universiteyin qarşısında işә saldığı bildirilib.

Hücum nәticәsindә dörd әsgәr ilә bir mülki vәtәndaşın hәlak olduğu, beş әsgәr ilә bir mülki vәtәndaşın da yaralandığı bildirilib.

Qeyd edәk ki, hücuma görә mәsuliyyәti öz üzәrinә götürәn olmayıb.



Әlaqәli Xәbәrlәr