Həmas və İslam Cihad təşkilatı Netanyahuya sərt reaksiya verdi

Həmas və İslam Cihad təşkilatı İsrailin baş naziri Binyamin Netanyahunun “Qəzzada yeni bir əməliyyat təşkil etməyə hazırıq” sözünə sərt reaksiya verib.

1356201
Həmas və İslam Cihad təşkilatı Netanyahuya sərt reaksiya verdi

 

  Həmas sözçüsü Fevzi Berhum mövzu ilə bağlı açıqlamasında: “İsrail xalqımıza, torpaqlarımıza, müqəddəs məkanlarımıza və Qəzzaya qarşı axmaq və qəbuledilməz addımlar atarsa, cavabımızın sərt olacağını bilməlidir. Netanyahunun təhdidləri bizi qorxutmaz, əksinə, Fələstin xalqını, İordan çayının Qərb sahili və Qəzzadakı müqavimət qruplarını işğala qarşı mübarizəni davam etdirməyə məcbur edər. İsrail bu axmaq təhdidlərlə Fələstin xalqının iradəsini pozmağa və öz ölkəsi daxilindəki böhranları ört-basdır etməyə çalışır”, - deyib. 

  İslam Cihadın açıqlamasında da Fələstin müqavimətinin heç bir təhdidə biganə qalmayacağına diqqət çəkilib.



Әlaqәli Xәbәrlәr