Almaniya Suriyada Əsəd rejiminin İdlibdəki hücumlarını qınadı

Almaniyanın Xarici İşlər Nazirliyi sözçüsü Rayner Breul paytaxt Berlində təşkil edilən mətbuat konfransında İdlibdəki gərginliyin dərinləşməsindən narahat olduqlarını dilə gətirib.

1356673

“İdlibdə rejimin hücumlarını sərt şəkildə qınayırıq” deyən Breul burada təcili atəşkəsə əməl edilməsini istəyirik. Bu çərçivədə Türkiyə ilə Rusiya arasında keçirilən və keçiriləcək görüşlərdən məmnunluq duyuruq. İlkin mövzunun humanitar fəlakətin qarşısının alınması olmalıdır. Burada Əsəd rejimi və Rusiya xüsusi məsuliyyət daşıyır” deyib.

“Almaniya və Avropa İdlibdə gərginliyin azaldılması üçün hansı cəhdləri göstərir” sualı qarşısında Breul bildirib:

“Almaniya İdlibdəki toqquşmalarda yer almır, ancaq humanitar yardım sahəsində fəaliyyətlər göstərir. Biz hər hansı əlaqəmizin olmadığı Əsəd rejimindən başqaları ilə görüşlər keçiririk. Burada rejimi dəstəkləyən Rusiya ilə görüşlər olur. Əlbəttə Türkiyə tərəfilə də görüşlər keçirilir. Bölgədəki insanlar çətin vəziyyətlə qarşı-qarşıyadır və gərginliyin dərinləşməsi yaxşı deyil”.

Әlaqәli Xәbәrlәr