Nikolas Maduro Sergey Lavrovla görüşüb

Venesuela dövlәt başçısı Nikolas Maduro ölkәsinә sәfәr edәn Rusiya xarici işlәr naziri Sergey Lavrovu qәbul edib. Mәlumata görә, görüş Prezident İqamәtgahında baş tutub.

1355491

Venesuela mәtbuat orqanlarının yaydığı mәlumata qeyd olunub ki, Sergey Lavrov görüşdәn sonra  jurnalistlәrә açıqlama verib. O, Nikolas  Maduro ilә keçirilәn görüşün sәmәrәli keçdiyini vurğulayıb.

‘‘Rusiya Venesuela hökumәtini dәstәklәyir vә keçәn il Moskvada prezident Vladimir Putin ilә Nikolas Maduro arasında әldә olunan müqavilәlәr iki ölkә arasındakı әlaqәlәrin inkişaf etmәsinә xidmәt edәcәk’’,-deyә Rusiyanın xarici işlәr naziri söylәyib.

Qeyd edәk ki, Sergey Lavrov Meksika vә Kubadan sonra Venesuelaya sәfәr edib.

Әlaqәli Xәbәrlәr