İsrail qüvvәlәri Trampın sülh planına reaksiya göstәrәn fәlәstinlilәrә sәrt müdaxilә edib

İsrail qüvvələri  İordan çayının qәrb sahilindә Amerika Birlәşmiş Ştatları prezidenti Donald Trampın dirnaqarası sülh planına öz etirazını bildirәn fәlәstinlilәrә sәrt müdaxilә edib.

1355463

Müdaxilә nәticәsindә dörd fәlәstinli xәsarәt alıb.

Mәlumata görә, fәlәstinlilәr başda Eriha şәhәri, Kalkilya şәhәrinin Azzun vә Kefr Kaddum bölgәlәri olmaqla İordan çayının müxtәlif bölgәlәrindә Donald Trampın sülh planına reaksiya göstәrib.

İsrail qüvvәlәrinin fәlәstinlilәrә hәqiqi vә plastik güllәlәr, hәmçinin  gözyaşardıcı qazla müdaxilә etdiyi bildirilib. Müdaxilә zamanı xәsarәt alan fәlәstinlilәr bölgәdәki xәstәxanalara yerlәşdirilib.

Digәr tәrәfdәn İsrail qüvvәlәri Erihada 2, Kefr Kaddumda isә 1 fәlәstinlini saxlayıb.

Әlaqәli Xәbәrlәr