ABŞ Türkiyənin İdlibdəki qanuni müdafiə haqqına “tam dəstək” verir

BMT Təhlükəsizlik Şurası Suriya İdlibdə artan gərginliyi və toqquşmaları müzakirə etmək üçün yığıncaq keçirib.

1354916
ABŞ Türkiyənin İdlibdəki qanuni müdafiə haqqına “tam dəstək” verir

BMT Təhlükəsizlik Şurası Suriya İdlibdə artan gərginliyi və toqquşmaları müzakirə etmək üçün yığıncaq keçirib.

ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Kelly Kraft Şurada etdiyi çıxışda İdlibdə rejim, Hizbullah və Rusiyanın davam etdirdiyi “barbar, haqsız” hərbi hücumları sərt şəkildə qınayıb.

İdlibdəki dağılma prosesinə nəzər saldıqda nə atəşkəs nə də siyasi həll mövzusunda Rusiya və rejimə etimad edilə biləcəyini və Astana prosesinə artıq inanmadıqlarını bildirən Kraft BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Geyr O. Pedersenə təcili olaraq əhatəli və nazərət edilə biləcək atəşkəsin təmini üçün çağırış edib.

Kraft rejimin İdlibdəki Türkiyənin müşahidə məntəqələrinə hücumlarına da toxunaraq deyib:

“ABŞ Türk əsgərlərinin ölümünə səbəb olan Əsəd rejiminin Türkiyənin müşahidə nöqtələrinə haqsız hücumları qarşısında NATO müttəfiqi Türkiyənin qanuni müdafiəsinə tam dəstək verir”.

İngiltərənin BMT-dəki daimi nümayəndəsi Karen Piers də İdlibdə uzun müddətdir ən qorxulu prosesin yaşandığını söyləyib.

Piers açıqlamasında “Türkiyə İdlibdə sülhməqsədli həll tapmaq və milyonlarla suriyalının qaçqın olmasının qarşısını almaq üçün cəhd göstərdi, amma suriyalı rəsmilərin bunu gözdən yayındırdığına şahid oluruq. Müxtəlif zamanlarda atəşkəs elan edildikdən bir-iki gün sonra qərar pozuldu. Artan gərginliyin hazırda 3 milyon yarımdan çox qaçqına ev sahibliyi edən Türkiyəyə təsirindən narahatıq” deyə bildirib.



Әlaqәli Xәbәrlәr