Avropa İttifaqı İdlibdə mülki şəxslərə edilən hücumlara son qoymağa çağırdı

Avropa İttifaqı (Aİ) Suriyanın İdlib şəhərində mülki şəxslərə edilən bütün hücumlara son verməyə çağırıb.

1354694
Avropa İttifaqı İdlibdə mülki şəxslərə edilən hücumlara son qoymağa çağırdı

Avropa İttifaqı (Aİ) Suriyanın İdlib şəhərində mülki şəxslərə edilən bütün hücumlara son verməyə çağırıb.

Avropa İttifaqının xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borrel və Aİ-nin böhran vəziyyətləri üzrə Komissarı Cens Lenarcic İdlibdəki mövcud vəziyyətlə əlaqədar yazılı bir açıqlama veriblər.

Açıqlamada bütün tərəflər humanitar yardımın çatdırılmasını asanlaşdırmaq üçün lazımi addımları atmağa dəvət edildikdə, xüsusən mülki şəxslərin müdafiəsi mövzusunda beynəlxalq hüquqa əməl etməsi tələb edilib.

İdlibdə hərbi əməliyyatların artması ilə yüzlərlə mülki şəxsin fərq qoymadan öldürüldüyü vurğulanan açıqlamada hücumların mülki şəxslərin yerləşdiyi bölgələri, xəstəxanalar və köçkünləri ehtiva edən mərkəzləri hədəf aldığı vurğulanıb.

Açıqlamada sadəcə son iki ayda 500 min insanın evlərini tərk etmək məcburiyyətində qaldığı vurğulanda, əlverişsiz hava şəraiti səbəbiylə insanların sığınacaq, yemək və səhiyyə xidmətlərindən məhrum olduğu bildirilib.

Beynəlxalq humanitar hüququn ciddi şəkildə pozulduğu hallara işarə edilən açıqlamada İdlib şəhərində mülki şəxslərə qarşı edilən bütün hücumların dayandırılması üçün çağırış edilib.

Açıqlamada "Suriyanın şimal-qərbindəki mülki əhalinin məruz qaldığı böyük acı qəbuledilməzdir. Aİ Suriya probleminin hərbi həllinin olmadığını vurğulayır” ifadəsi işlədilib, BMT nəznidə aparılan siyasi prosesə verilən dəstək bir daha dilə gətirilib.



Әlaqәli Xәbәrlәr