Hafter qüvvələrinin Tripoli şəhərinə hücumları davam edir

Liviyada müxalif lider General Xəlifə Hafterə mənsub qanunsuz silahlı qüvvələrin paytaxt Tripolinin cənub ərazilərinə hücumları nəticəsində 2-si uşaq olmaqla 3 nəfər həyatını itirdi.

1353507
Hafter qüvvələrinin Tripoli şəhərinə hücumları davam edir

Liviyanın legitim hökumətinin hərbi qüvvə komandirliyindən yayılan məlumata görə Hafter yaşayış məntəqələrini hədəfə götürməyə başlayıb.

Açıqlamada qeyd edilib ki, Xafter silahlılarının hücumu nəticəsində Əs-Savani məhəlləsində eyni ailədən olan 1 qız və 1 oğlan uşağı həyatını itirib. Paytaxtın cənubundakı Səlahəddin bölgəsinə təşkil edilən raket hücumunda isə dinç sakindən bir nəfər ölüb, 4-ü yaralanıb.



Әlaqәli Xәbәrlәr