“Sarı jiletlilər” hərəkatının 64-cü həftəsi

Paris Bələdiyyəsi icazə verməsə də...

1351488
“Sarı jiletlilər” hərəkatının 64-cü həftəsi

 

  Fransada “sarı jiletlilər” ölkə başçısı Emmanuel Makron rəhbərliyinin siyasətinə etiraz bildirmək üçün yenidən nümayişə çıxdı.

  Maye yanacaq artımları və iqtisadi şərtlərə reaksiya olaraq başlayan, Makron hökumətinə qarşı etirazlara çevrilən “sarı jiletlilər” hərəkatı 64-cü həftəsinə girdi.

  Paris Bələdiyyəsi icazə verməsə də, Pale-Royal (Palais-Royal) meydanında toplanan fəallar parlamentə doğru yürüyərkən polis nümayişçilərə maneə olub, sıx təhlükəsizlik tədbirləri görüb.

  Paris Təhlükəsizlik İdarəsindən verilən məlumata görə, nümayişdə 3 adam nəzarətə alınıb, 403 nəfərə isə icazəsiz mitinqə qatıldığı üçün pul cəzası kəsilib.

  Monpelyedə (Montpellier) təxminən min adamın iştirak etdiyi nümayişdə polislə etirazçılar arasında qarşıdurma yaranıb. Polis nümayişçilərə təzyiqli su və bibər qazıyla müdaxilə edib, 18 adamı nəzarətə götürüb.

  Tuluzadakı (Toulouse) mitinqdə də polislə fəallar arasında gərginlik yaşanıb.

  Ümumiyyətlə, ölkənin müxtəlif şəhərlərində etiraz nümayişləri təşkil olunub.  

  Qeyd edək ki, “sarı jiletlilər”in nümayişləri 2018-ci ilin 17 noyabrından başlanıb. Bu zamana qədər polisin müdaxiləsi nəticəsində bir adam həyatını itirib, 26-sı gözünü itirib, 5-inin əli qopub və təxminən 500 nəfər yaralanıb.



Әlaqәli Xәbәrlәr