Vladimir Putin vә Angela Merkel arasında telefon danışığı olub

Kremldәn verilәn mәlumata әsasәn, tәrәflәr Liviya mәsәlәsi vә Berlindә Liviya mәsәlәsi ilә bağlı keçirilәn konfransda qәbul olunan qәrarları  müzakirә ediblәr.

1351176
Vladimir Putin vә Angela Merkel arasında telefon danışığı olub

 

Rusiya prezidenti Vladimir Putin vә Almaniya kansleri Angela Merkel arasında telefon danışığı olub.

Kremldәn verilәn mәlumata әsasәn, tәrәflәr Liviya mәsәlәsi vә Berlindә Liviya mәsәlәsi ilә bağlı keçirilәn konfransda qәbul olunan qәrarları  müzakirә ediblәr. Vladimir Putinin söhbәt zamanı Almaniyada  Liviya mәsәlәsi ilә bağlı keçirilәn konfransda qәbul olunan qәrarların koordinasiyalı şәkildә hәyata keçirilmәsinin vacibliyini vurğulayıb.

Mәlumatda tәrәflirin Liviyada daimi atәşkәsin tәmin olunması vә siyasi dialoqun başlaması üçün beynәlxalq ictimaiyyәtin sәylәrinin artırılmasının әhәmiyyәtini qeyd etdiyi bildirilib.

Görüşdә hәmçinin Ukrayna ilә Suriyadakı vәziyyәt müzakirә olunub vә Amerika Birlәşmiş Ştatları prezidenti Donald Trampın Yaxın Şәrq üzrә sülh planı әtrafında fikir mübadilәsi aparılıb.



Әlaqәli Xәbәrlәr